Digərlərindən fərqli bir brauzer olduğumuzçün şadıq. KİV-də adımız çıxanda dırnağ içində yazılan... ...məhşur bir birja kodumuz yoxdur. Gəlirimiz yoxdur. Reklamlarımızda çəkilən məşhur musiqi ulduzları yoxdur. Başqalarının etdiyi razılıqları etmir,... ... eyni müqaviləni imzalamır... ... və eyni əlləri ... ... sıxmırıq. Və bütün bunlardan çox şadıq. Biz, azad ruhlu,... ... sərhəddən xeyli çöldə,... ... bəzi şeyləri bir az fərqli edən insanlarıq. Başqa bir şirkət hesab cədvəlinin son sətirinə dəyər verə bilər... ...amma biz "dəyər"lərə dəyər veririk. Bir rəqibimiz özünə məxsus bir şey etməyə qərar verərsə... ...biz onu rahat buraxmaq üçün çalışırq. Əksər məhsul və texnalogiya... ... bağlı qapılar arxasında istehsal olunarkən... ... bizimkilər, hər kəs görsün deyə... ...açıq bir şəkildə yaradır. Biz, hissə, pay ya da güc sahiblərinə hesab verməli deyilik. Sizdən başqa heç kim bizimçün önəmli deyil. Üstəlik, nə qədər əyləncəli olsa da... ... bunu əyləncə üçün etmirik. Bunu edirik... ...çünki doğru olanın bu olduğuna inanırıq. Prinsiplərin, gəlirdən üstün olduğuna inanırıq. Ticarət sirlərinə deyil, dürüstlüyə... ..və ticari məqsədlərə deyil, insanlara inanırıq. İnanırıq ki internet, kiminsə sahib olduğu bir şey deyil... ...hər kəsin maraqlana biləcəyi bir şeydir... ...satılacaq bir mal deyil... ... qorunacaq bir qaynaqdır. Və bütün varlığımızla inanırıq ki, bütün yeniliklər... ...istifadəçiləri önə çıxarmalı, mərkəzə qoymalı, sürücü oturacağına oturtmalıdır. ...Amma ən vacibi Sizə inanırıq İnanırıq ki dünyanını ən yaxşı brauzerini yaradmaq üçün... ...mühəndislərə, proqramçılara.... ...dizaynerlərə və eyni sizin kimi insanlara ehtiyac var. Zamanını, bacarıqlarını, enerjisini həsr edəcək və məqsədimizi dəstəkləyəcək olan sizsiniz. Və inanırıq ki, hamımız bir yerdə... ...ağlımızda bu məqsədlə... ...insanlığın xeyrinə yeniliklər etməyə davam edə bilər,... ...daha gözəl bir internet yarada bilərik. Birlikdə elə bir internet yaradacıyıq ki, hər zaman... ...və sonsuzadək yaxşılığa xidmət edəcək. Biz, Mozilla Firefoxuq. Sadəcə fərqli bir brauzer deyilik. Fərq yaradan brauzerik.